Məleykə Abbaszadə: “Buraxılış imtahanında müəyyən rayonların nəticələri qorxuludur”
Bizi izləyin

Qırmızı.az

Məleykə Abbaszadə: “Buraxılış imtahanında müəyyən rayonların nəticələri qorxuludur”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanları ilə bağlı bölgələr üzrə ilkin statistikanı açıqlayıb. Publika.az-ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, 2012-2013 tədris ilinin nəticələri müqayisədə ölkədə hər bir fənn üzrə ümumi nəticədə 2 fazi artım olub. Amma uşaqların sayında 4 faiz azalma müşahidə olunub:

“Saatlı, Sabirabad, İmişlii, Kürdəmir, Zərdab, Hacıqabul, Ağcabədi rayonlarında nəticələr qorxuludur. Ölkə üzrə 9-cu sinifdən riyaziyyat və ana dilindən bu rayonlarda vəziyyət ən aşağı səviyyədədir. Eyni vəziyyət 11-ci sinifdə də var. Ana dili fənni üzrə Hacıqabul, Sabirabad, İmişli, Daşkəsən, Ağcabədi, riyaziyyatdan da bu rayonlarla bərabər Şirvan rayonunda da nəticələr aşağıdır. Amma məlumdur ki, 11-ci sinfə qədər uşaqlar məşğul olduqlarına görə nəticələr cüzi də olsa yuxarıdır. 9-cu siniflə müqayisədə onların sayı azdır və ölkə üzrə nəticələri daha yüksəkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm