Bəzi rayonlarda 9-cu sinifdə qız yoxdur
Bizi izləyin

Qırmızı.az

Bəzi rayonlarda 9-cu sinifdə qız yoxdur

Bəzi məktəblərdə 9-cu siniflərdə qız yoxdur

Publika.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında buraxılış imtahanlarının nəticələrindən danışarkən gender problemlərinn hələ də olduğunu deyib:

“9-cu sinifdə ümumi ölkə üzrə oğlanların sayı 53, qızların sayı 47 faizdir. Bu, ümumilikdə yaxşı rəqəmdir. Amma 9-cu sinifdə elə rayonlar var ki, qızların sayı yoxdur. Məsələn, Şamaxı və Qobustan rayonunda 9-cu sinifdə qızlar yoxdur. 11-ci sinifdə isə təxminən 56 faiz oğlanlar, 44 faiz qızlardır. Bu da qənaətbəxş rəqəmdir. Amma elə rayonlar var ki, məsələn, Lerikdə oğlanların sayı 70-80 faizdir. Zərdab, Qax, Balakəndə isə 11-ci sinifdə oxuyan oğlanların sayı 40 fazidən aşağıdır. Ümumi nəticəyə təsir etməsə də, bu rəqəmlər hər bir rayonda olan vəziyyəti ortaya çıxarır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm