İçki qonşuları düşmən etdi
Bizi izləyin

Qırmızı.az

İçki qonşuları düşmən etdi

Bakıda qonşuların mübahisəsi bıçaqlanma ilə nəticələndi.

Hadisə Nəsimi rayonu əzrazisində, cinayətlərin daha cox cərəyan etdiyi Papanin küçəsində qeydə alınıb.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər sakini Samir Qədirov qonşusu Ceyhun Əhmədovu bıçaqlayıb. Hadisəyə səbəb Ceyhun Əhmədovun içkili vəziyyətdə evə gəlməsi və qonşusu Samirlə mübahisə etməsi olub.

Samir üzərindəki bıçağı çıxararaq qarşı tərəfə bir neçə zərbə endirib. Yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törədən Samir Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gələrək təslim olub.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm