Çayda batan şəxsin cəsədi tapıldı
Bizi izləyin

Qırmızı.az

Çayda batan şəxsin cəsədi tapıldı

Salyanda çayda batan şəxsin cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Salyan rayonu, Seyidsadıqlı kəndi ərazisində 1999-cü il təvəllüdlü Əmirağa Rza oğlu Rzayev Akkuşa çayında çimərkən batıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Ə.Rzayevin cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, dənizdə ("Novxanı" sularda xilasetmə məntəqəsindən 1000 metr sola, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər nazirliyin "Novxanı" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 15:40-da başa çatmışdır.

Həmçinin, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Pirşağı" sularda xilasetmə məntəqəsindən 700 metr sola, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in "Pirşağı" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm