Mer həbs edildi
Bizi izləyin

Qırmızı.az

Mer həbs edildi

Ukrayna Daxili İşlər Nazirliyi Donetsk vilayətinin Slavyansk şəhərinin keçmiş meri Nelya Ştepanı həbs edib.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukraynanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.

"Hal-hazırda saxlanmış məmuru prosessual hərəkətlərin keçirilməsi üçün Xarkov bölgəsinin təhlukəsizlik xidməti idarəsinə aparırlar. Nelya Ştepaya Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməsi maddəsilə cinayət işi açılıb", - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin xəbərində deyilir.

Bundan başqa, Nelya Ştepanın Slavyanskın və Slavyan rayonunun ərazisində silahlı döyüşçülərə və terror qruplarının fəaliyyətinin köməkçiliyi haqqında informasiyanın yoxlanması aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm