Oğurluq edən tutuldu
Bizi izləyin

Qırmızı.az

Oğurluq edən tutuldu

Bakının Xəzər rayonunda mənzildən oğurluq edilib.

ANS TV-nin məlumatına görə. naməlum şəxs və ya şəxslər sahibi xanım olan mənzildən əllərinə keçən hər şeyi, məişət cihazlarını və digər qiymətli əşyaları aparıblar. Rayon polisi isə bundan yalnız zərərçəkənin rəsmi şikayətindən sonra xəbər tutub.

Daxil olmuş müraciətdən sonra rayon polis idarəsinin əməkdaşlarından ibarət əməliyyat axtarış qrupu mənzilə baxış keçirib və bəzi barmaq izləri götürülüb. Araşdırmalar zamanı hadisədə şübhəli bilinən şəxsin kimliyinə də aydınlıq gətirilib və onun paytaxt sakini Hacıyev Aydın Nizami oğlunun olduğu dəqiqləşdirilib. Aydın Hacıyev saxlanılıb.

Onun oğurladığı əşyalara gəlincə, işi araşdıran müstəntiq Hacıyevin artıq bir televizoru və kompüteri satdığını deyib. Sonradan həmin əşyalar müəyyən edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm