“Torqovı”da yeni qadağa
Bizi izləyin

Qırmızı.az

“Torqovı”da yeni qadağa

"Torqovı” adlanan ərazidə yeni qadağa nişanları quraşdırılıb.

Bakının keçmiş “Torqovı” adlanan ərazisi olan Fəvvarələr meydanında velosiped, konki və skeyt sürməyin qadağan edildiyini göstərən xüsusi nişanlar dəmir dirəklərə quraşdırılıb.

Bu qadağanın əhalinin sağlamlığına dəyə biləcək hər hansısa bir zərərin qarşısını almaq üçün tətbiq edildiyi bildirilsə də, qadağaya qarşı olan skeyt, konki həvəskarları da var. Bəzi sosial şəbəkə istifadəçiləri isə Dənizkənarı parkda da təyin olunmamış yerlərdə velosiped sürənlərə qarşı bu qadağanın tətbiq edilməsini istəyiblər (ANS).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm