Qırmızı.az
Səfər Əbiyev əməliyyat olundu
Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev cərrahi əməliyyat keçirib.
Bu barədə “Qafqazinfo”ya keçmiş nazirə yaxın şəxslər bildiriblər. Məlumata görə, vəzifəsindən azad olunandan sonra Avropadakı malikanələrindən birinə (böyük ehtimlla Çexiyanın Karlovarı şəhərinə) köçən S. Əbiyev orada istirahət etməklə yanaşı səhhəti ilə də məşğuldur. Belə ki, S. Əbiyev bu yaxınlarda cərrahi əməliyyat keçirərək orqanizminədki narahatlıqların aradan qaldırılmasını istəyib. Əməliyyatın uğurlu keçidyi və hazırda onun özünü normal hiss etdiyi bildirilir.
Qeyd edək ki, S. Əbiyev müdafiə naziri vəzifəsindən azad olunandan
sonra xaricə gedib. O, işdən çıxarılandan sonra vaxtıilə
tabeliyində işləyən qərargah rəisi Nəcməddin Sadıqovdan başqa demək
olar ki, bütün aparıcı şəxslər nəzarətə götürülüb. Onların böyük
bir hissəsi vəzifələrindən azad olunub, bir qrupu haqda isə yol
verdikləri nöqsanlar və pozuntulara görə cinayət işi açılıb. Hətta
vitse-admiral Şahin Sultanov başda olmaqla bir qrup səlahiyyətli
şəxs həbs edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərin verdikləri
bütün ifadələrdə keçmiş nazirin adı keçib. Onlar törətdikləri
əməllərdən birbaşa nazirin məlumatlı olduğunu açıqlayıblar.
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?