Qırmızı.az
ASAIF İndoneziyada Beynəlxalq Konfransında təmsil olunub
İndoneziyanın paytaxtı Cakarta şəhərində “Youth For Peace Union” - “Sülh Naminə Gənclərin Birliyi” Davamlı İnkişafa nail olmaq üçün Dünyada Sülhün qurulması mövzusunda Beynəlxalq konfrans keçirilib.
Publika.Az-ın verdiyi xəbərə görə, konfransda dünyanın 30 ölkəsindən 57 beynəlxalq tələbə, İndoneziyanın dövlət rəsmiləri və xarici qonaqlar da iştirak ediblər.
Konfransda digər ölkələrlə yanaşı Azərbaycan da təmsil olunub. Konfrans çərçivəsində mədəniyyət gecəsi zamanı beynəlxalq tələbələr tərəfindən ölkələrinin təqdimatları da keçirilib.
Azərbaycan haqqında təqdimatı İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti və ASAIF-in koordinatoru Elmar İskəndərov təqdim edib.
Beynəlxalq konfransda Azərbaycan haqqında məlumatlar verilib, Azərbaycanın yerləşdiyi ərazi, zəngin mədəniyyəti haqqında məlumatlar video çarxda nümayiş etdirilib və beynəlxalq tələbələr, dövlət rəsmiləri və xarici qonaqlar tərəfindən çox böyük maraqla qarşılanıb.
Azərbaycan rəqsinin nümayişi zamanı xarici iştirakçılar da Azərbaycan rəqsini birgə ifa ediblər.
Publika.Az
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB