3 nəfər suda boğuldu
Bizi izləyin

Qırmızı.az

3 nəfər suda boğuldu

Azərbaycanda iyulun 11-də suda boğulma ilə bağlı 3 fakt qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 11-də Dənizkənarı Milli Parkda Masallı rayon sakini Xəyal Cahangirov ehtiyatsızlıqdan dənizə yıxılıb. Onun meyiti sudan çıxarılıb.

İyulun 11-də Sumqayıt şəhər sakini Elmir Fətəliyev Corat qəsəbəsi ərazisindəki dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Dünən Salyan rayonu Seyidsadıqlı kənd sakini Əmrağa Rzayev "Akkuşa" çayında çimərkən suda boğulub. Onun meyiti sudan çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm