Bakı-Quba yolunda ağır qəza: 10 yaralı
Bizi izləyin

Qırmızı.az

Bakı-Quba yolunda ağır qəza: 10 yaralı

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya avtomobil yolunda ağır yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yolun 132-ci kilometrliyində, Şabran rayonunun Gəndob kəndi ərazisində iki minik maşınının toqquşması nəticəsində 10 nəfər ağır yaralanıb.

Belə ki, 1983-cü il təvəllüdlü Vüsal Mübariz oğlu Rzayevin idarə etdiyi “BMW” markalı avtomaşınla 1986-cı il təvəllüdlü Ənvər Yavər oğlu Mahmudovun idarə etdiyi “VAZ-2106” markalı maşın toqquşub.

Qəza nəticəsində sürücülər və onların sərnişinləri ağır yaralanıblar.

Yaralılar 1968-ci il təvəllüdlü Nəzakət Əlislam qızı İbrahimova, 1982-ci il təvəllüdlü Əflatun Əhəd oğlu Aslanov, 1986-cı il təvəllüdlü Ofelya Əhəd qızı Məmmədtağıyeva, 1986-cı il təvəllüdlü Rəqsanə Əhəd qızı Quliyeva, 1972-ci il təvəllüdlü Vətən Nadir oğlu Quliyev, 2008-ci il təvəllüdlü Mehriban Mehrab qızı Məmmədtağıyeva, 2010-cu il təvəllüdlü Gülsurə Vətən qızı Quliyeva və 1987-ci il təvəllüdlü Səbinə İbrahim qızı Rzayeva xəstəxanaya yerləşdirilib.

Yaralılardan dördünün vəziyyəti nisbətən ağırdır.
İlkin ehtimala görə, qəzaya səbəb yüksəsk sürət olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm