Bakıda “Pay Point” qənimləri ifşa olundu
Bizi izləyin

Qırmızı.az

Bakıda “Pay Point” qənimləri ifşa olundu

Bakının Xəzər rayonunda “Pay Point” aparatlarından pul oğurlanlardan daha biri tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də mağazalardakı “Pay Point” aparatlarından pul oğurlamış qrupun digər üzvləri, Lənkəran şəhər sakini Nurlan Baxşıyev tutulub. Bundan başqa, daha bir qrup üzvü Ramil Bəşirovun da oğurluqda əli olduğu müəyyən olub.

N.Baxşıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Rza Əkbərova məxsus mağzadan 50 manat oğurlaması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm