Səyyar `ASAN xidmət` Zaqatalada
Bizi izləyin

Qırmızı.az

Səyyar `ASAN xidmət` Zaqatalada

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

AzVision.az xəbər verir ki, “ASAN xidmət”in səyyar avtobusu bu dəfə Zaqatala şəhərində şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala və Qax rayonlarının sakinlərinə xidmət göstərməyə başlayıb.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzillər) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi və sair daxildir.

Bu rayonların sakinləri iyulun 25-dək səyyar “ASAN xidmət”in imkanlarından yararlana biləcəklər. Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını bildirirlər. Dövlət xidmətləri vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim olunur. Vətəndaşlar vaxt itirmədən, heç bir maneə ilə rastlaşmadan öz istədiklərinə nail olurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm