Kişi arvadını öldürdü
Bizi izləyin

Qırmızı.az

Kişi arvadını öldürdü

Azərbaycanda kişi arvadını öldürüb.

ANS PRESS-in məlumatına görə, hadisə Ağcabədi şəhəri, Qarabağ küçəsi, ev 17 ünvanında baş verib.

Belə ki, 36 yaşlı Ərəstun İsgəndərov həyat yoldaşı, öz əmisi qızı, 28 yaşlı Lalə İsgəndərovanı bıçaqla qətlə yetirib.

Qətlin qısqanclıq zəminində baş verdiyi deyilir. Alınan xəbərə görə, qətl zamanı Ərəstun sərxoş olub.

Onların 2 uşağı olduğu haqda da informasiya verilir.

Son anda alınan məlumata görə, qətli törədən şəxs artıq həbs edilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm