Dənizdə 2 nəfər xilas edildi
Bizi izləyin

Qırmızı.az

Dənizdə 2 nəfər xilas edildi

Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

ANS PRESS-in məlumatına görə, batan şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Daha bir şəxs isə Sumqayıt şəhəri, “Corat” sularda xilasetmə məntəqəsi ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşib.

O da Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm