Qırmızı.az
Cavad Heyət vəfat etdi
Məşhur azərbaycanlı cərrah, professor Cavad Heyət vəfat
edib.Publika.az bu barədə “Azadlıq.info”ya istinadən xəbər verir.
Məlumata görə, ötən həftə Bakıda Mərkəzi Klinik Xəstəxananın
reanimasiya şöbəsinə yerləşdirilən Heyətin vəziyyəti
ağırlaşdığından o, Gömrük Hospitalına köçürülmüşdü.
C.Heyət Tehrandan Bakıya ötən ayın sonlarında gəlib və burda
səhhəti pisləşib.
1925-ci il mayın 24-də Təbriz şəhərində anadan olan Cavad Heyət ilk
orta təhsilini İranda alıb.
1946-cı ildə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini
bitirib. Həmin universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il
müddətində Paris Universitetində davam etdirib. Yüksək dərəcəli
cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada
öz klinikasını açıb.
Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə
professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur. Öz
xüsusi klinikası olmaqla yanaşı, Tehran-Pars xəstəxanasında da
çalışır.
Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci
ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə
həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını
dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda
böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə
“Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub.
1983-cü ildə isə cərrahiyyənin inkişafına verdiyi elmi-nəzəri və
əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının
üzvü seçilib.
Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin
cərrahiyyə kafedrasına rəhbərlik edib. Fars dilində cərrahlıqla
bağlı üç cildlik dərs kitabının, eyni zamanda ikisi fars və beşi də
türk dilində olan yeddi cildlik türkoloji kitabın müəllifidir.
Cavad Heyət cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa,
Türkiyə və bir çox Avropa universitetlərində tez-tez mühazirələr
oxumaq üçün dəvətlər alır.
Cavad Heyət həmçinin “Varlıq” dərgisinin təsisçisidir. O, 36 ildən
artıqdır ki, türk və fars dillərində yayılan bu ədəbi-mədəni
dərgini nəşr etdirir.
Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan
ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”,
“Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi”
kitablarının müəllifidir.
O, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin,
Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər
Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin
fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri
üzvüdür.
Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və
“Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz”
mükafatına layiq görülüb.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi