Qırmızı.az
Heydər Əliyevin hakimiyyətə gəlişi - 45 il
Azərbaycanın ümummilli lideri, mərhum prezident Heydər
Əliyevin hakimiyyətə gəlməsindən 45 il keçir.
1969-cu ilin yayında Azərbaycanın rəhbərliyinə siyasət aləmi üçün
hələ cavan, işgüzar, məqsədyönlü bir insan gəldi. Onun iradəli
xarakterində, iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə,
köhnəliyə, mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən
dözümsüzlüklə köhnəlmiş forma və strukturların yeniləşdirilməsində,
müasirləşdirilməsində işgüzar tutarlılıq, dəqiq qənaətkarlıq
keyfiyyətləri harmonik şəkildə uyuşurdu. Bu adam Heydər Əliyev idi.
Bu çağacan o, Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsində
başçılıq edən böyük, ciddi idarəçilik məktəbi keçmişdi.
Heydər Əliyevin qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç
birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu:
respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəqəl onu
qüdrətli dövlətin xammal istehlakçılarından qabaqçıl, müasir
texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək,
monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq,
Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə
qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin
sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə
yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək.
Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün bunlar və xeyli
digər məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin
nəhəng fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən
dəyişdi, bütün infrastrukturu izah edildi, kənd təsərrüfatı
modernləşdirildi, respublikanın qədim paytaxtı intibah dövrü
keçirdi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali
məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli
hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə
başladı. Həmin illərdə respublikada dünya mədəniyyətinin Qara
Qarayev və Fikrət Əmirov, Niyazi və Səttar Bəhlulzadə, Rəsul Rza və
Lətif Kərimov kimi korifeyləri səmərəli fəaliyyət
göstərirdilər.
Nəhəng dövlətin xalqları Azərbaycanı özləri üçün yenidən kəşf
edirdilər: faşizmin darmadağın edilməsindəki görkəmli xidmətlərinə
görə Bakı ölkənin ən yüksək mükafatına layiq görülürdü.
Simferopolda və Sembek yüksəkliyində Böyük Vətən müharibəsi
cəbhələrində qəhrəmancasına döyüşən Azərbaycan diviziyalarının
şərəfinə monumental abidələr ucaldıldı.
Heydər Əliyevin sayəsində Stalin istibdadının qurbanları olan
Mikayıl Müşviq, Hüseyn Cavid kimi gökəmli şairlər və digər yaradıcı
adamlar unutqanlıq əsarətindən qurtuldu.
Azərbaycan neft-maşınqayırma, məişət kondisionerləri, elektrik
mühərrikləri, elektrotermik avadanlıq, soyuducular, sintetik
kauçuk, elektrik kabelləri, boru prokatı və başqa məhsullar
buraxılışı sahəsində sabiq SSRİ-də qabaqcıl mövqelərə çıxdı.
Respublikada sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni
sahələr meydana gəldi: kompüterlər, elektronika cihazları istehsal
edən zavodlar. Azərbaycan ən böyük üzüm, tezyetişən tərəvəz, çay,
tütün istehsalçısı oldu. Xəzərin nadir balıq sərvətləri nəzərə
çarpacaq dərəcədə artdı, vaxtilə istifadəsiz qalmış Abşeron
təpələrinin yamaclarında təzə parklar və meşələr salındı.
Bütün bunlarla yanaşı ictimai mühit sosialist itkili təfəkkür
tərzindən təmizləməyə, milli ruhu əsarətdən qurtarmağa, xalqın
həyatının mahiyyətini təşkil edən bütün elementlərin
sağlamlaşdırılmasına yönəldilmiş digər işlər də aparılırdı.
Minlərlə gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə -
Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronejə
göndərilirdi. Bu nəslin üzərinə Azərbaycan Respublikasının daxil
olacağı yeni dövrün problem və məsələlərini həll etmək vəzifəsi
düşürdü. Heydər Əliyevin bəyan etdiyi “Qoy ədalət zəfər çalsın”
şüarı həmin günlərin mənəvi-psixoloji mühitini müəyyənləşdirirdi.
SSRİ-də ilk dəfə məhz Azərbaycanda korrupsiyaya, mafiyaya,
tayfabazlığa qarşı genişmiqyaslı müharibə elan edilmişdi. Bütün
bunlar həyat tərzini, standart əxlaq, davranış qaydalarını,
ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini son dərəcə
dəyişdirdi. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü
yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq,
xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür.
Liderin taleyi və xarakteri sanki millətin taleyi və xarakterinə də
sirayət etmişdi.
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO