TQDK apellyasiya komissiyası yaratdı
Bizi izləyin

Qırmızı.az

TQDK apellyasiya komissiyası yaratdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarında iştirak edən abituriyentlər üçün apellyasiya komissiyası yaradıb.

Publika.az TQDK-nın saytına istinadən bildirir ki, iyul ayının 12-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə bağlı apellyasiya komissiyası yaradılıb.

Appelyasiya komissiyasına müraciət etmək istəyənlər iyul ayının 14-də saat 10-dan 17-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər. Komissiya Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 17-də fəaliyyət göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm