Millət vəkili Gürcüstan səfirliyində olub
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Gürcüstan səfirliyində olub

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva və qrupun üzvü Rasim Musabəyov Gürcüstanın keçmiş prezidenti, görkəmli siyasi və dövlət xadimi Eduard Şevardnadzenin vəfatı münasibəti ilə Gürcüstanın Azərbaycandakı səfirliyini ziyarət etmişdir.

Xatirə dəftərinə ürək sözlərini yazan millət vəkilləri Eduard Şevardnazdenin ümummili lider Heyder Əliyevlə uzun illərə dayanan möhkəm dostluğunu, iki qonşu respublika arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edən böyük layihələri qeyd etmişdir.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə fikir mübadiləsi aparan Qənirə Paşayeva və Rasim Musabəyov Eduard Şevardnadzeni bütün dünyada tanınan bir tarixi şəxsiyyət kimi xarakterizə etmiş, onun vəfatı münasibəti ilə dost gürcü xalqına başsağlığı diləklərini çatdırmışdır.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze millət vəkillərinə öz təşəkkürünü bildirərək Azərbaycan və gürcü xalqlarının tarixə dayanan dostluğunun bundan sonra da daha inkişaf edəcəyini inamını ifadə etmişdi.

Söhbət zamanı Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana və Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana səfəri və aparılan müzakirələr, hər iki prezidentin xalqlarımızın və dövlətlərimizin maraqlarına xidmət edən sabit mövqeyi və perspektivə hesablanımış addımları minnətdarlıqla xatırlanmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm