Şitillikdə narkotik becərən şəxs sərbəst buraxıldı
Bizi izləyin

Qırmızı.az

Şitillikdə narkotik becərən şəxs sərbəst buraxıldı

Balakən rayon sakini 67 yaşlı Ömər Şəfiyevin yaşadığı evin həyətyanı sahəsində narkotik aşkarlanıb. Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, polis əməkdaşları evin tərəvəz əkilən sahəsində xiyar və lobya şitillərinin arasında ümumi çəkisi 14 kq olan 10 ədəd çətənə kolu aşkar edərək götürüblər.

Saxlanılan çəxs polis şöbəsinə gətirilərək izahatı alınıb. Sonra da sərbəst buraxılıb.

Fakla bağlı Balakən Rayon Polis Şöbəsində təhqiqat aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm