Qənirə Paşayeva türkmanlarla görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva türkmanlarla görüşüb

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkməneli Kültür Mərkəzinin rəhbəri Dr.Mustafa Ziya ilə İraq türkmənlərinin vəziyyətindən danışıb.

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Türkməneli Kültür Mərkəzinin rəhbəri Dr.Mustafa Ziya və təşkilatın üzvü Güclü Dəmirçi ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib. Rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu” İctimai Birliyinin həyata keçirdiyi tədbirlər barədə danışan millət vəkili Qənirə Paşayeva qardaş xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdıran, qardaşları isə bir-birinə daha doğma edən layihələri gələcəkdə də həyata keçirməyi nəzərdə tutduqlarını və bu istiqamətdə Türkməneli Kültür Mərkəzi ilə də əməkdaşlıq etmək niyyətində olduqlarını deyib. O, qeyd edib ki, “...İraq, özəlliklə, İraqlı soydşalarımız, bizim “İraqlı azərbaycanlılar” dediyimiz türkmənlar vəsiləsi ilə Azərbaycana doğma ölkələrdəndir və orada yaşananlar hər zaman Azərbaycan tərəfindən daim diqqətlə izlənir. Özəlliklə, son günlər İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı və İraqda türkmənlərin vəziyyətinin daha da gərginləşməsi bizi də dərindən narahat edir. Bu hadisələr zamanı qətlə yetirilmiş türkmən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Bu kimi halların təkrarlanmamasını istəyirik. Öz evindən köçkün düşmüş minlərlə insanımız, onların ağır vəziyyəti da hamımız ciddi narahat edir." İraq türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında çıxış edərək, çağırış səsləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin İraq türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq İraq türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. Türk Dünyasının İraq türkmənlərinə daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva diaspor təşkilatlarımızın da İraq türkmənlərinin səsini beynəlxaql ictimaiyyətə daha geniş duyurulması istiqamətində fəallığını artırmalarının vacibliyini xüsusi vurğulayıb. Azərbaycana səfər etmək məmnunluğunu ifadə edən Türkməneli Kültür Mərkəzinin rəhbəri Dr.Mustafa Ziya İraq türkmənlarının hər zaman azərbaycanlıların dəstəyini hiss etdiklərini deyib və İraqda yaşanan son hadisələr barədə geniş məlumat verərək İraq türkmənlərinin Türk dünyasının dəstəyinə böyük ehtiyac duyduğunu deyib. O, bildirib ki, həm İraq türkmənlərinin səsinin beynəlxaql təşkilat və qurumlara çatdırılmasında, onların pozulan haqlarının müdafiə olunmasında, həm də ağır vəziyyətə düşmüş, köçkün həyatı yaşamağa məcbur olan türkmən ailələrə kömək baxımından da ciddi dəstəyə ehtiyac var.

O, rəhbərlik etdiyi Türkməneli Kültür Mərkəzinin həyata keçirməyi nəzərdə tutduğu layihələr barədə danışıb və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB ilə iki qardaş xalqı bir-birinə daha da doğma edən birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını deyib. Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstutunun rəhbəri Qənirə Paşayeva Türkməneli Kültür Mərkəzinin rəhbəri Dr. Mustafa Ziyaya Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm