Ər arvadını amansızlıqla öldürdü
Bizi izləyin

Qırmızı.az

Ər arvadını amansızlıqla öldürdü

Ağcabədi rayonunda ərlə arvadın mübahisəsi qətillə nəticələnib.

Daxili İşlər Nazirliyindən (DİN) Publika.az-a verilən xəbərə görə, hadisə rayonun Qarabağ küçəsi, ev 17 ünvanında baş verib.

Şəhər sakini, 36 yaşlı Ərəstun İsgəndərov ailə münaqişəsi zəminində həyat yoldaşı, 28 yaşlı Lalə İsgəndərovanı bıçaqlayaraq öldürüb. Məlumata görə, hadisə baş verən vaxt Ə. İsgəndərov sərxoş olub. O, bu əməli qısqanclıq zəminində törədib.

Lalə İsgəndərova, eyni zamanda, Ərəstun İsgəndərovun əmisi qızıdır.

Hadisəni törədən şəxs özü könüllü olaraq poliasə təslim olub.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm