Qarabağ müharibəsinin muzdlu döyüşçüləri - Fotolar
Bizi izləyin

Qırmızı.az

Qarabağ müharibəsinin muzdlu döyüşçüləri - Fotolar

80-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış separatçılıq meylləri qısa müddətdə iri miqyaslı hərbi əməliuyyastıa ra çevrildi. Sovet İttifaqının süququ ilə müstəqil olan Azərbaycan Ermənistanın açıq təcavüzünə uğradı. Nəticədə isə torpaqlarımızın 20%-i işğal olundu. Bu müddət ərazində ölkə ictimaiyyətinin diqqətindən yayına məsələlərdən biri muzdlu döyüşçülər amilidir. Yəni torpaqlarımızın işğalında nəinki Ermənistan, Dağlıq Qarabağ və diaspora erməniləri, həm də əcnəbi muzdlu döyüşçülər də iştirak ediblər. Ölkəmizə qarşı təcavüzdə birbaşa iştirakçı olan belə muzdlu döyüşçülərin bəzilərinin adları məlumdur.

Anatoli Vladimiroviç Zineviç – Ermənistanın Azərbaycana qarşı aqressiyasında iştirak edən ən yüksək rütbəli zabitdir. Anatoli Zineviç 1932-ci il noyabrın 20-də Ukraynanın Xmelnitski şəhərində anadan olub. 1950-ci ildə doğma Xmelnitski şəhərindəki Tank məktəbinə daxil olub, sonralar hərbi təhsilini Frunze adına Hərbi Akademiyada davam etdirib. Milliyətcə ukraynalı olan Zineviç Sovet qoşunlarının Əfqanıstana müdaxilə etməsi ilə hərbi əməliyyat meydanına ezam olunur. 1980-1988-ci illər ərzində Əfqanıstandakı 40-cı ordu komandanlığında əməliyyat şöbəsinin rəisi olur. Bu qaynar nöqtədəki 8 illik fəaliyyəti zamanı 3 dəfə yaralanır.

1988-ci ildə 56 yaşında Zineviç xidmət yerini Ermənistana dəyişir. Artıq general-leytenant rütbəsi daşıyan peşəkar sovet zabiti burada dislokasiya olunmuş 7-ci ordu komandanlığında şöbə rəisi təyin olunur. Dağlıq Qarabağ ətrafında ehtirasların yenicə qızışdığı dövrdə regiona gələn Anatoli Zineviç bölgədəki sovet silah arsenalının ermənilər tələrindən talan olunmasına göz yumurdu. Burada ələ keçirilən atıcı silahlar, mərmilər və hətta bəzi hallarda zirehli texnikalar müxtəlif yollarla Dağlıq Qarabağda fəaliyyət göstərən silahlı dəstələrə ötürülürdü. 1989-cu ildə ürəyindəki problemlərlə bağlı Zineviç ordudan ehtiyata buraxılır. Lakin o, Ermənistranı tərk etmir. Peşəkar ordu zabitlərinə ehtiyacın duyulduğu bir zamanda onun xidmətlərindən ermənilər maksimum yararlanırlar. 1992-ci ilin iyununda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın şimal istiqamətində iri miqyaslı hücum əməliyyatlarına başlayaraq erməni separatçılarını ardıcıl məğlubiyyətə uğratdıqları bir zamanda dərhal Zineviçlə əlaqəyə daxil olan Ermənistanın hərbi rəhbərliyi Əfqanıstanda hərbi əməliyyatlarda aktiv iştirak etmiş generaldan yarım istəyir. Ermənistanın o zamankı Müdafiə naziri Vazgen Sarkisyanın hərbi məsləhətçisi olan Zineviç Sərsəng su anbarı və Laçın dəhlizinin tam azad olunmasına yaxınlaşan Milli Ordumuza qarşı hücum əməliyyatlarının hazırlanmasında iştirak edir. Beləliklə, 1992-ci iln yayından ukraynalı peşəkar zabir, general-leytenant muzdlu döyüşçü kimi Qarabağ separatçılarının tərəfində döyüşlərə qoşulur. 1994-cü ilə qədər o bir çox işğalçı əməliyyatların planını cızır. Bu “xidmət”lərinə görə 1994-cü ildə Anatoli Zineviç “Dağlıq Qarabğ Ordu”sunun baş qərargah rəisi təyin olunur. Bundan başqa, Ermənistanın ən nüfuzlu hərbi mükafatlarından sayılan 1-ci dərəcəli “Döyüş xaçı” ordein ilə təltif olunur. Məhz onun rəhbərliyi altında “Bişkek protokolu”ndan sonra Dağlıq Qarabağ boyunca mühəndis istehkamları və müdafiə qurğuları qurulur. Muzdlu general 1997-ci ilin mayından 2000-ci ilin avqustuna qədər Ermənistan Müdafiə nazirinin müavini kimi fəaliyyət göstərir. 2000-ci il avqusutn 1-də o, vəzifə başında olarkən ürək tutmasından vəfat edir və Rusiya Federasiyasının Vladimir vilayənidə yerləşən Kovrov şəhərində dəfn olunur.

Aleksandr Vladimiroviç Kurepin. Azərbaycana qarşı hərbi əməliyyatlda iştirak etmiş növbəti peşəkar muzdlu zabit. 1962-ci ildə anadan olan Kurepin Sovet qoşunları tərkibində bir çox xarici ölkələrdə, o cümlədən Anqola və Əfqanıstanda xidmət keçib. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə işsiz qalan 39 yaşlı peşəkar zabit xidmətlərini təklif etmək üçün yer axtarır. Televiziya verilişlərinin birində Dağlıq Qarabağ uğrundan qanlı döyüşlərin getdiyi öyrənib öz xidmətlərini Ermənistanın Rusiyadakı səfirliyinə təklif edir. Tank əleyhinə raket sistemlərinin bütün növlərindən sərrast atəş açan polkovnik-leytenant dərhal erməni tərəfini maraqlandırır. Dərhal səfirlik xətti ilə Kurepin Yerevana yola salınır. 1992-ci il iyulun 16-da o artıq Ermənistan Müdafiə Nazirliyində Qarabağ separatçılarının liderlərindən Serj Sarkisyan və bundan öncə haqqında söz açılan digər muzdlu döyüşçü Anatoli Zineviçlə görüş keçirir. Görüşün nəticəsi olaraq Kurepin dərhal Dağlıq Qarabağa göndərilir və tank əleyhinə döyüş bölüklərinin yaradılmasına başlayır. Sonralar o, dəstəsində 8 rus muzdlu döyüşçüsünün olduğunu etiraf edirdi. Cəbhənin şimal istiqamətində, daha çox Goranboy və Ağdərə rayonlarında separatçıların tərəfində döyüşən rus muzdlusu öz şəxsi hesablamalarına görə “76 döyüş texnikasını sıradan çıxardıb”. Kurepin 1993-cü ilin sonlarında ağır qəlpə yaraları alaraq müharibə meydanına bir daha qayıtmır. Muzdlu döyüşçü “xidmətlərinə” görə ermənilər tərəfindən heç bir mükafat əldə edə bilmir. Yaraları sağalan kimi onu Yerevan hospitalından təyyarə vasitəsilə birbaşa Moskvaya yola salırlar. Erməni pasportu ilə Moskva küçələrində gecələməyə məcbur olan Aleksandr Kurepin Dağlıq Qarabağda hərbi əməliyytalarda iştirak etməsinə görə yəqin ki, indi çox peşmandır.

Dmitri Anatolyeviç Motriç – Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş sıravi muzdlu döyüşçülərdəndir. O 1969-cu il iyunun 27-də Rusiyanın ən şərq nöqtələrindən olan Vladivostok şəhərində anadan olmuşdu. Uzqa Şərq Ümumqoşun Komandirləri məktəbini bitirərək leytenant rütbəsində xidmətə başalyır. 1992-ci ilin əvvəllərində hərbi sahədə pərakəndəliyin hökm sürdüyü Rusiyanı edən Motriç Ermənistan ordusunda xidmətə başalyır. Əsasən cəbhənin Xocavənd istiqamətində Milli Ordumuzun döyüş texnikalarına qarşı təxribat və sabotaj əməliyyatlarında iştirak edən Motriçin muzdlu döyüşçü karyerası çox uzun çəkmir. 1992-ci il noyabrında 16-da Dmitri Motriç digər muzdlu həmyerlisi İlya Kulik və Qarabağ ermənisi Miro Qasparyanla birlikdə Ağdərənin Çartar kəndi istiqamətində döyüşlərdə həlak olurlar.

Vüqar İsmayılov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm