Bulvarda intihara cəhd
Bizi izləyin

Qırmızı.az

Bulvarda intihara cəhd

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər ruhi xəstə kişi özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:51-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm