Qırmızı.az
Xaricə getmək istəyən vətəndaşlara müraciət olundu
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrə səyahətə gedən ölkə vətəndaşlarına müraciət edib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır: "Bununla əlaqədar, bir daha əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər".
Nazirlik bildirir ki, yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanana fəaliyyətinə lisenziya almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.
Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşənlər Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərlər.
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO