Bakıda 35 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda 35 dərəcə isti olacaq

Sabahdan başlayaraq Azərbaycanda temperaturun tədricən yüksələcəyi gözlənilir. Amma yaxın günlər ərzində güclü istilərin olacağı proqnozlaşdırılmır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a bildirib ki, iyulun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 16-da hava, əsasən, yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm