Qırmızı.az
Bakıda maşın oğruları tutuldu
Bir ay ərzində Bakının Nərimanov rayonunda 7 avtomobil qaçıran şəxslər saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsindən Publika.az-a verdiyi məlumata görə, cinayəti törədən Bakı şəhər sakinləri 23 yaşlı Rühal Həsənov və 22 yaşlı Asiman Musayev tutulub. Onlar Nərimanov rayonunun müxtəlif ərazilərində Ruslan Hüseynova, Fərhad İsmayılova, Fərid Mahmudova, Rafail Əsgərova, İlham Nəzərova, İlkin Şahmuradova və Gəncəvi Quliyevə məxsus «VAZ-21051» markalı, eyni zamanda «VAZ-2107» markalı avtomobilləri qaçırıblar.
Hadisəni gecə saatlarinda törədən R.Həsənov və F.İsmayılov tutulublar. İstintaqa ifadələrində məhz VAZ markalı avtomobilləri hədəf seçmələrinin səbəbini belə izah ediblər:
“VAZ markalı avtomobillərin qapısını tez açmaq olur. Əlimizə keçən dəmirlə qapını açıb maşınları aparırdıq. Məqsədimiz əsasən pul qazanmaq olub. Çünki işsizlik idi. Biz də fikirləşdik ki maşınları qaçırıb aparaq sataq. Həm də qaçırdığımız avtomobilləri satana qədər sürüb gözümüzün qurdunu öldürdük”.
Faktla bağlı cinyaət işi başlanıb.
Simnarə
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...