İmtahandan narazı 6 abituriyent apellyasiya şikayəti verdi
Bizi izləyin

Qırmızı.az

İmtahandan narazı 6 abituriyent apellyasiya şikayəti verdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ötən gün saat 10-dan 17-dək I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin apellyasiya müraciətlərində baxılıb.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müvafiq fənlər üzrə ekspertlərdən ibarət appelyasiya komissiyası imtahanda istifadə edilmiş test tapşırıqlarının məzmununa dair müraciətlərə baxıb. Apelyasiya komissiyasına hər iki ixtisas qrupu üzrə cəmi 6 nəfər müraciət edib. Ekspertlər sualları ətraflı izah etmiş və bütün müraciətləri cavablandırıb. Apelyasiya komissiyasına müraciət edənlər bununla bağlı öz razılıqlarını bildirib.

Xatırladaq ki, I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iyulun 12-də keçirilib. Nəticələrin bu gün axşam saatlarında açıqlanması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm