Qırmızı.az
Girov götürülmüş azərbaycanlılarla bağlı Rəsmi açıqlama
Kəlbəcərdə girov götürülmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının diqqət mərkəzindədir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından (ƏİDİDK) Publika.az-a bildiriblər ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.
Dövlət Komissiyası səlahiyyətləri çərçivəsində bu barədə materialların yayımlandığı ilk gündən etibarən aidiyyəti beynəlxalq təşkilatları məlumatlandıraraq, məsələnin beynəlxalq humanitar hüquq normaları çərçivəsində araşdırılmasını və bütün zəruri prosedurların həyata keçirilməsini tələb edib.
Hazırda video və fotomateriallarda göstərilən vətəndaşlarımızın şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində zəruri işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq.
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü