Təmas xəttini keçən erməni tutulub
Bizi izləyin

Qırmızı.az

Təmas xəttini keçən erməni tutulub

Ermənistan vətəndaşı Tovuzun Əlibəyli kəndi istiqamətində Azərbaycan ərazisinə keçib.

Bu barədə AzVision.az-a Əlibəyli kəndinin bələdiyyə sədri Şahvələd Əliyev məlumat verib.

Onun sözlərinə görə, 1 saat əvvəl, təxminən 15:30 radələrində sərhəddən Əlibəyli kəndinə keçən mülki erməni kənd sakinləri tərəfindən tutublar.

“Bir saat əvvəl bir Ermənistan vətəndaşı sərhədi keçib, kəndə daxil olub. Heyvan otaran kəndlilər onu saxlayaraq, hərbiçilərə təhvil verilblər”,-deyə bələdiyyə sədri qeyd edib.

Qeyd edək ki, artıq bir neçə gündür ki, cəbhə xəttində vəziyyət gərginləşib. Gün ərzində 200-ə yaxın atəşkəs pozulur.

Müdafiə Nazirliyindən isə bildirilib ki, ələ keçirilən şəxs erməni diversiya qrupunun üzvüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm