Sərhəd Akademiyasının yataqxanasında yanğın olub (FOTO) YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Sərhəd Akademiyasının yataqxanasında yanğın olub (FOTO) YENİLƏNİB

Dövlət Sərhəd Xidmərinin Akademiyasının yataqxanasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Publika.az-a verdiyi məlumata görə, yanğın Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən Akademiyanın yataqxanasında qeydə alınıb.

Yataqxananın 1-ci mərtəbəsindən 3-cü mərtəbəsinədək olan ərazini əhatə edən alovun qarşısı alınıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları cəlb olunub. Binaya maddi ziyan dəyib, xəsarət alan yoxdur.

Hadisənin hansı səbədən baş verdiyi araşdırılır.

Simnarə


Oxumağa davam et
Reklam
Reklam

Gündəm