TQDK-nın saytında problem yarandı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

TQDK-nın saytında problem yarandı (YENİLƏNİB)

Saytımızda yaranmış problem yüklənmə ilə əlaqədardır. Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, I və IV ixtisas qrupları üzrə nəticələr elan edildikdən sonra sayta giriş sayı artıb və buna görə də, problem yaranıb. Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. Abituriyentlər nəticələri barədə məlumatı bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Gülxar

18:07

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 12-də I və IV ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

Nəticələr elan olunandan qısa müddət sonra TQDK-nın saytında problem yaranıb. Belə ki, həmin vaxtdan indiyədək sayt açmır.

Abituriyentlər TQDK-nın rəsmi saytına daxil olaraq imtahan nəticələrini yoxlaya bilmədiklərindən şikayətlənirlər.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm