Yeniyetmə bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Yeniyetmə bıçaqlandı

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

ANS PRESS-in bölgə muxbirinin məlumatına görə, bu gün saat 13:00 radələrində Quba rayon sakini 21 yaşlı Anar Novruz oğlu Gərayzadə Quba rayonunun Zərdabi kənd sakini, ögey atası, 38 yaşlı Səxavət Kamil oğlu Ağamalıyev və onun oğlu, öz ögey qardaşı, 17 yaşlı Firuz Səxavət oğlu Ağamaliyevi bıçaqlayıb.

Bədənlərinin müxtəlif nayihələrindən xəsarət alan yaralılar dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Quba Rayon Polis şəbəsinin müstəntiqi Rasim Seyfullayevin verdiyi məlumata görə, hadisə ailə münaqişəsi səbəbindən baş verib. Ögey atasını və qardaşını biçaqlayan Anar Novruz oğlu Gərayzadə saxlanılıb.

Hadisə ilə bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı zərərçəkənlər və xəsarət yetirən Qırmızı kənd orta məktəbinin direktoru Zemfira Ağaverdiyevanın nəvələri və kürəkənidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm