Azərbaycanlılar Jirinovskini məhkəməyə verdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlılar Jirinovskini məhkəməyə verdi

Moskvanın Tver məhkəməsi hüquqşünas olan Məmmədovlar ailəsinin Rusiya Liberal-Demokratlar Partiyasının lideri Vladimir Jirinovskiyə qarşı irəli sürdüyü iddiasına baxır.


AzVision.az-ın Rusiyanın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, Məmmədovlar öz iddia ərizəsində Jirinovskinin Azərbaycan xalqının şərəf və ləyaqətini alçaltdığını bildirirlər.


Bundan əlavə, Məmmədovlar ailəsi Rusiya Dövlət Dumasının da məsuliyyətə cəlb olunmasını istəyirlər. Onların fikrincə, məhz Dumanın iclasında azərbaycanlılara qarşı qərəzli fikirlər səsləndirilib.


Sadiq və Elmira Məmmədova LDP liderini məhkəmə qərarından dərhal sonra Rusiya Dövlət Dumasının ən yaxın iclasında öz fikirlərini təkzib etməyi tələb edirlər. Millətin, xüsusilə onların ailəsinin şərəf və ləyaqətinin alçadılması ilə bağlı Məmmədovlar Jirinovskidən vurduğu zərər müqabilində 100 milyon rubl tələb edirlər. Onların tələbinə görə, parlamentin Aşağı Palatası Jirinovskini təkzibi verməyə məcbur etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm