Maskalılar azərbaycanlı biznesmenin 1,5 milyon dollarını qəsb etdi
Bizi izləyin

Qırmızı.az

Maskalılar azərbaycanlı biznesmenin 1,5 milyon dollarını qəsb etdi

Sankt-Peterburq aeroportunda maskalılar Dubaydan gələn azərbaycanlı biznesmenə hücum edərək həbs adı altında onu oğurlayıblar.

Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, iyulun 16-na keçən gecə Dubay-Sankt-Peterburq reysi ilə Pulkovo aeroportuna enən 40 yaşlı azərbaycanlı biznesmen xüsusi təyinatlıların geyimində olan 6 maskalının basqınına məruz qalıb.

Xüsusi əməliyyat adı altında biznesmeni və onun mühafizəçilərini yerə yıxaraq əllərini qandallayan maskalılar onları aerportdan naməlum istiqamətə aparıblar. Maskalılar biznesmenə və onun iki mühafizəçisinə “Komitə işləyir” deyə qışqıraraq (görünür, onlar komitə deyəndə İstintaq Komitəsini nəzərdə tutublar) yaxınlaşıblar və onları asfalta uzadaraq əllərinə qandal keçiriblər.

Tezliklə biznesmeni və onun mühafizəçilərini Volxonsk şossesinin kənarında tapıblar. Məlum olub ki, maskalılar azərbaycanlı biznesmenin özü ilə Dubaydan gətirdiyi 1,5 milyon dollar nağd pulu qəsb edərək aradan çıxıblar. Həmçinin polisə xəbər verə bilməmələri üçün onun və mühafizəçilərinin mobil telefonlarını da alıblar.

Zərərçəkən biznesmen yolun kənarına atılandan sonra polisə gedib və başına gələnlər barəəd məlumat verib. Məlumata görə, nəqliyyat polisi Pulkovo aeroportunda hadisənin şahidi olan heç kimi tapa bilməyib.

Azərbaycanlı biznesmen gömrük bəyannaməsində bildirib ki, 1,5 milyon dollar nağd pulu Sankt-Peterburqda elit mənzil almaq üçün gətirmişdi.

Müstəntiqlər soyğun hadisəsi ilə bağlı cinayət işi qaldırıblar, ancaq “adam oğurluğu” maddəsini hələ istifadə etməyiblər.

“Birincisi, adam oğurluğu bu situasiyada əlavə cinayət tərkibi yaradır, ikincisi, hələlik zərərçəkənlərin səmiliyinə dair şübhələr var” - deyə polisdəki mənbə bildirib.

Zərərçəkən Azərbaycan vətəndaşının kimliyi hələlik açıqlanmır. Rusiya DİN-in iqtisadi cinayətkarlıqla mübarizə idarəsindəki mənbə bildirib ki, azərbaycanlı əslində xaricdən Rusiyaya pul daşıyan kuryer ola bilər. Belələri daşıdıqları məbləğin cüzi hissəsini “haqq” kimi alırlar.

Bu, Rusiyada azərbaycanlı kuryerlərin maskalılar tərəfindən basqına məruz qalmasına dair birinci fakt deyil. Ötən ilin oktyabrında Sankt-Peterburqun Pulkovu aeroportunda Dubaydan 1,5 milyon dollar nəğd pul gətirən azərbaycanlı eyni ssenari ilə basqına məruz qalmışdı.

Dekabr ayında isə Moskvada azərbaycanlı biznesmenin 2,5 milyon dolları xüsusi təyinatlı geyimində olan maskalılar tərəfindən qəsb edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm