Nazirliyin işçilərinə cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Nazirliyin işçilərinə cinayət işi açıldı

Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, mərkəzin vəzifəli şəxsləri tərəfindən ünvanlı sosial yardımların, sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsi zamanı zəruri sənədlərin - ailə tərkibi və gəlirləri, istifadələrində nəqliyyat vasitəsinin olması təqdim olunmayıb.
Həmçinin, hər bir ailə üzvünün məşğulluğu və digər məlumatların tam təqdim olunmaması və ya təqdim olunan sənədlərdə göstərilən məlumatların düzgünlüyünün yoxlanılmaması nəticəsində 258 min 550 manat məbləğində külli miqdarda dövlət vəsaitinin israf edilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm