Prezident Vladimir Putinə başsağlığı verib
Bizi izləyin

Qırmızı.az

Prezident Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Moskva metrosunda qəza nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm