Zakir Həsənov amerikalılara Qarabağdan danışdı
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov amerikalılara Qarabağdan danışdı

İyulun 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Oklahoma ştatı milli qvardiyasının komandanı general-mayor Mayls Dirinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir qonaqları salamlayaraq bölgədəki vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə onlara ətraflı məlumat verib.


Müdafiə naziri əməkdaşlığın müxtəlif istiqamətləri üzrə iki ölkə arasında əldə edilmiş müsbət nəticələrdən, Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı əlaqələrin genişlənməsindən məmnun olduğunu, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.


Qonaq Silahlı Qüvvələrimizin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib, tərəflər arasında uzun müddət davam edən səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümünə kimi diqqətə çatdırıb və onun genişləndirilməsinin tərəfdarı olduğunu xüsusi vurğulayıb.
Daha sonra ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.


Görüşdə ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm