İcbari sığortanın olmamasına görə cərimələr dəfələrlə artırıldı
Bizi izləyin

Qırmızı.az

İcbari sığortanın olmamasına görə cərimələr dəfələrlə artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmamasına görə cərimələrin məbləğinin xeyli artırılmasının nəzərdə tutan dəyişiklikləri təsdiqləyib. Publika.az-ın məlumatına görə, bu barədə çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş xəbərdə deyilir.

Belə ki, fiziki şəxslər üçün müvafiq sığortanın olmamasına görə cərimənin məbləği 10 manatdan 50 manata, vəzifəli şəxslər üçün 100 manatadək, hüquqi şəxslər üçün 300 manatadək artırılıb.

"İcbari sığortanın növləri haqqında" qanun qüvvəyə minməsindən sonra avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta polisinin baza dəyəri 50 manat təşkil edir və mühərrikinin həcmi 1500 min kub santimetrədək olan avtomobillərə tətbiq edilir. Mühərrikin həcmi artıqda (1,5 min-dən 5 min kub santimetrədək) dəyərə 1,5-dən 5-dək əmsal tətbiq edilir. Mühərrikinin gücü 5 min kub santimetrdən artıq olan avtomobillərə 5 əmsalı tətbiq edilir. Əvvəllər minik avtomobilləri üçün sığorta mükafatı 10 manat idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm