Ərini öldürən qadın danışdı
Bizi izləyin

Qırmızı.az

Ərini öldürən qadın danışdı

İyulun 14-də gecə saatlarında müxtəlif bədən xəsarətləri ilə ölümcül xəstəxanaya yerləşdirilən, lakin qan itirdiyindən orada keçinən 62 yaşlı Arif Qasımovun qətlinin səbəbləri açıqlanıb.

Abşeron rayon prokurorunun köməkçisi Orxan Qazızadə Publika.az-a bildirib ki, hadisəni törədən şəxsin kimliyi əvvəlcə istintaqa məlum olmasa da, keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, hadisəni kişinin öz həyat yoldaşı törədib.

Onun sözlərinə görə, qadın əvvəlcə hadisəni gizlətməyə çalışsa da, ekspertizanın rəyindən sonra mərhuma qəsdən xəsarət yetirildiyi təsdiqlənib.

56 yaşlı Məlahət Qasımova həyat yoldaşını bıçaqladığını etiraf edərək bildirib ki, evə tez-tez sərxoş vəziyyətdə gəlirdi. Onu və oğlunu təhqir edib döyməsinə baxmayaraq, məqsədi ərini öldürmək olmayıb:

“Hadisə baş verən gün oğlumla mübahisə etdi. O, atasına əsəbiləşdiyindən əli ilə qapının şüşəsini sındırdı. Arxasınca mətbəxə keçdim. Gördüm zərbədən uşağın əli kəsilib, qanı axır. Özümü itirdim, bıçağa cumdum və bıçaqla həyat yoldaşıma zərbə vurdum”, - deyə qadın ağlaya-ağlaya ifadə verib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm