Bu yol 20 gün bağlı olacaq
Bizi izləyin

Qırmızı.az

Bu yol 20 gün bağlı olacaq

"Azərinşaatservis" MMC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Bakı - Şamaxı - Yevlax (M4) avtomobil yolunun "Muğanlı - Yevlax hissəsinin bərpası" layihəsinin Göyçay şəhərindən keçən hissəsində aparılan bərpa tikinti işləriylə əlaqədar magistral avtomobil yolunun km 209-214 (layihə üzrə km 80-85) arası avtomobil hərəkəti üçün tam olaraq 16.07.2014 tarixindən 20 gün müddətində məhdudulaşdırılacaqdır.

NİİM-dən Publika.az-a verilən məlumata görə, minik avtomoblillərinin Göyçay şəhəri küçə yollarından, ağır yük maşınlarının isə Bərgüşad-Ucar yolundan istifadə etmələri xahiş olunur.

Yol tikinti işlərini həyata keçirən "Azərinşaatservis" MMC şirkətinin rəhbərliyi sürücü və sərnişinlərdən əlavə narahatçılığa görə əvvəlcədən üzr istəyir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm