Qırmızı.az
BDU-nun tələbəsi özünü öldürmək istədi
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin
Qubadakı təcrübə mərkəzinə təlim-tədrisə aparılan tələbələrdən biri
intihara cəhd edib.
AzNews.az-ın məlumatına görə, təcrübə qurupuna fakültənin müəllimi,
onurğalılar zoologiyası və bioekologiya kafedrasının dosenti
Əbülfəz Tağıyev rəhbərlik edib. Hadisə isə iyulun 15-də saat
11.00-12.00 radələrində baş verib.
Müəllim Əbülfəz Tağıyev tələbə Şəhriyar Axundovun təcrübəyə
gəlməsinə etiraz edib və tələbənin ürəyində problem olduğunu əsas
gətirib.
Müəllimindən tələbələr qarşısında belə bir fikir eşidən Ş. Axundov
qrupdan ayrılaraq uzaqlaşıb.
Bundan sonra həmin tələbəni təcrübə mərkəzinin ərazisində tapmaq
olmayıb. Bütün gecəni davam edən axtarışlara müəllimin müraciəti
əsasında Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti də cəlb
edilib.
FHN əməkdaşları Ş. Axundovu təcrübə mərkəzinin yaxınlığındakı gölün
kənarında tapıblar. Xilasedicilər onun intihar etməsinin qarşısını
da alıblar. FHN əməkdaşlarının dediyinə görə, tələbə damarlarını
kəsmək istəsə də, xilasedicilər vaxtında hadisə yerinə çataraq,
buna imkan verməyiblər.
Müəllim Əbülfəz Tağıyev isə bildirib ki, tələbəni təhqir etməsi
haqda deyilənlər şantaj və böhtan xarakterli məlumatlardır: “Tələbə
tədris mərkəzindən qaçıb və intihar etməyə cəhd edib. Mən
Universitetin dosentiyəm və İTV-də "Azərbaycan təbiəti" verilişinin
aparıcısıyam.
Əslində, tələbə Axundov Şəhriyar epilepsiya xəstəsidir və o,
təcrübəyə gələn gündən 7 dəfə təcili yardıma müraciət etməli
olmuşuq. Dünən Şahdağ Milli Qoruğuna ekskursiya etmək istəyirdik.
Amma Şəhriyar Axundovun ora getməsini istəmədim. Bu fikrimi tələbə
yoldaşları da müdafiə etdi. Səhhəti ilə bağlı narahatlığım
olduğundan Şəhriyarın Şahdağ Milli Qoruğuna getməsinə icazə verə
bilməzdim. Baxmayaraq ki, həmin qrupun rəhbəri mən deyiləm. Amma
Şəhriyar təhkid etdi və özünü öldürəcəyi ilə hədələdi. Bir qədər
keçdikdən sonra o dağlara tərəf qaçmağa başladı. Müəllim heyəti ilə
onun axtarışını aparsaq da, tələbəni tapa bilmədik. Dərhal Quba
rayon Polis Şöbəsinə müraciət etdik. Hadisə yerinə polis
əməkdaşları da gəldilər”.
Ə. Tağıyev qeyd edib ki, Ş. Axundov meşədən ağır vəziyyətdə
tapılaraq xəstəxanaya gətirildi: “Çünki o, intihar etmək üçün özünə
iynə vurmuşdu. Xəstəxanaya tələbənin valideyinləri də gəldilər.
Hadisə bu cür baş verib və mən heç bir tələbəmə qarşı hər hansı bir
kobud rəftar etməmişəm”.
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü