7 dəqiqədə 75 telefon oğurladı
Bizi izləyin

Qırmızı.az

7 dəqiqədə 75 telefon oğurladı

Türkiyədə baç verən oğurluq hadisəsi hər kəsi təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, Ərzincanda imsaq vaxtı mağazaya girən oğrunun 7 dəqiqədə 75 cib telefonunun oğurlanması prosesi anbaan təhlükəsizlik kameraları tərəfindən çəkilib.

İyulun 2-də baş vermiş oğurluq hadisəsini törədən şəxsin kimliyi hələ də məlum deyil. Polis 5 kamera tərəfindən çəkilmiş oğrunun kimliyini müəyyən etməkdə çətinlik çəkir. Belə ki, maskalı olan şəxs oğurluq etdiyi mağazanın qapısını heç bir çətinlik çəkmədən açır.

Mağaza sahibi Mehmet Mıtı səhər mağazaya gəldikdə 40 min lirə dəyərində telefon oğurlandığını görüb polisə xəbər verir. Polis isə kameralara düşmüş oğru barədə mağazada hər hansı bir iz tapa bilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm