Qırmızı.az
Mal-qara oğrusu tutuldu
Göygöl polisi mal-qara oğurlamaqda
şübhəli bilinən şəxsi yaxalayıb.
ANS TV-nin məlumatına görə, Daşkəsən sakini Mehman
Abdullayevə məxsus iribuynuzlu heyvanlar Göygöl rayonunun Yalqışlaq
kəndi ərazisində naməlum şəraitdə yoxa çıxıb. Əvvəlcə heyvanların
itdiyini düşünən təsərrüfat sahibi sonradan heyvanların
oğurlandığını bilib və dərhal bu barədə polisə məlumat verib.
Daşkəsən sakini 25 yaşlı Bəxtiyar Tağıyev yaşadığı kənddə gedərkən
yolda sahibsiz heyvanları görüb onları oğurlamaq qərarına gəlib.
Beləcə mal-qaranı qabağına qatıb bir neçə klometr piyada irəlləyən
həmin şəxs yolda polis tərəfindən saxlanılıb.
Müstəntiq Rauf Əliyevin sözlərinə görə, heyvanları
Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini Tağıyev Bəxtiyar İsmayıl
oğlu oğurlayıb: “Aparılan əməliyyat tədbirlər nəticəsində həmin
şəxs tərəfimizdən saxlanılıb və oğurladığı mal-qara saxlanc yerinə
qoyulub”.
Saxlanılan şəxs Bəxtiyar Tağıyev isə deyir ki,
heyvanlar yolun qırağında otlayırdı: “Mənim də ehtiyacım vardı.
Qabağıma qatıb bazara apardım. Bazara çatana kimi polis tərəfindən
saxlanıldım. Tutduğum əməldən peşmanam”.
Faktla bağlı cinayət məcəlləsinin müvafiq
maddələrilə iş başlanılıb, istintaq davam edir.
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO