Qırmızı.az
Həsən Ruhani şeyxə təşəkkür etdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Məhəmməd Nəhavəndiandan məktub alıb.
ANS PRESS-in xəbərinə görə, məktubda Hacı
Allahşükür Paşazadənin İran İslam respublikasının prezidentinə
ünvanladığı məktubun cənab Həsən Ruhaniyə çatdırıldığı, İslam
respublikasının rəhbərinin də öz növbəsində Bütün Qafqazın şeyxinə
öz təşəkkürünü bildirdiyi qeyd edilib.
Məktubda həmçinin İran İslam Respublikası ilə
Azərbaycan Respublikası arasındakı münasibətlərin bundan sonra da
hər iki ölkə xalqlarının mənafeyi istiqamətində qarşılıqlı hörmətə
əsaslanaraq daha artıq genişlənəcəyi və dərinləşəcəyi
vurğulanıb.
İran İslam Respublikası Prezidenti Aparatının
rəhbəri Məhəmməd Nəhavəndiandan məktub:
Qafqaz Müsəlmanları İdarəsinin
sədri,
Şeyxülislam Allahşükür Paşazadə
həzrətlərinə
Müqəddəs Qurban, isar və iman bayramı münasibəti
ilə İran İslam Respublikasının möhtərəm Prezidenti Həsən Ruhaniyə
ünvanladığınız təbrik məktubu cənab Prezidentə təqdim
olunub.
Prezident H. Ruhani cənablarının təşəkkürlərini,
həmçinin bu gözəl bayram münasibəti ilə qarşılıqlı təbriklərini
Sizə çatdıraraq, ümidvar olduğumu bildirirəm ki, dini, eləcə də bir
çox qədim mədəni ortaqlıq və bağlara malik olan İran İslam
Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlər
bundan sonra da hər iki ölkə xalqlarının mənafeyi istiqamətində
qarşılıqlı hörmətə əsaslanaraq daha artıq genişlənəcək və
dərinləşəcək.
Allah-Təaladan Sizə möhkəm cansağlığı,
müvəffəqiyyətlər, bütün müsəlman ümmətinə isə rifah, başucalığı
diləyirəm.
Hörmətlə,
Məhəmməd Nəhavəndian
İran İslam Respublikası
Prezidenti Aparatının rəhbəri
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO