Avtobus qəzaya uğradı (FOTO)
Bizi izləyin

Qırmızı.az

Avtobus qəzaya uğradı (FOTO)

Şirvanda avtomobil qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Şirvan şəhərinin Z.Hacıyev küçəsində işiqforun yol ayrıcında minik maşınıyla sərnişin avtobusu toqquşub.


Sabirabad rayon sakini 1995-ci il təvəllüdlü Samir Məzahir oğlu Məcidovun idarə etdiyi “VAZ-21011” markalı avtomabil ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn sərnişin daşıyan “PAZ” markalı avtobusla toqquşub.


Nəticədə avtobus sürücüsü idarəetməni itirib və avtomobil işıq dirəyinə çırpılıb. Yararsız hala düşən avtomobildə olan sərnişin 1991-ci il təvəllüdlü Rasim Vahid oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onu Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır



Oxumağa davam et
Reklam
Reklam

Gündəm