Azərbaycanda yol tikənlər toqquşdu (FOTO)
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yol tikənlər toqquşdu (FOTO)

Yol tikintisində işləyən maşınlar ağır qəza törədib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.


Yol tikinti işlərini həyata keçirən “Polad-AŞ” şirkətinə məxsus qaldırıcı kran və beton tökən “SHACMAN”

markalı avtomobil toqquşub.


Qəza nəticəsində hər iki avtomobilin sürücüsü Fizuli rayon sakini 1971-ci il təvəllüdlü Nazim Teymur oğlu Ocaqverdiyev və 1994-cü il təvəllüdlü Rüfət Yaqub oğlu Məmmədov ağır bədən xəsarətlərilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm