Tanınmış jurnalistin ailəsində faciə
Bizi izləyin

Qırmızı.az

Tanınmış jurnalistin ailəsində faciə

Ayaz Nizamioğlunun azyaşlı övladı eyvandan yıxılaraq dünyasını dəyişib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, dünən axşam Azərbaycanın tanınmış jurnalisti Ayaz Nizamioğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb. Yaxınları uşağı dərhal Respublika neyrocərrahiyyə xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu gün Maqsudu İsmayıllı rayonunun Səngəlin kəndində dəfn ediblər. Şənbə günü Bakıda yas mərasimi olacaq.

Xatırladaq ki, əvvəllər ANS kanalında çalışan A.Nizamioğlu hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm