Firudin Cəlilov yenə də əməliyyat olunacaq
Bizi izləyin

Qırmızı.az

Firudin Cəlilov yenə də əməliyyat olunacaq

Ürəyində yaranmış problemlərlə əlaqədar Türkiyədə əməliyyat edilən Firudin Cəlilovun hazırda səhhəti normaldır, həkimlərin nəzarətində ayağa qalxır.

Keçmiş təhsil naziri Firudin Cəlilovun həyat yoldaşı Fəridə xanımın Publika.az-a verdiyi məlumata görə, hazırda həkimlər onun vəziyyətini normal qiymətləndirirlər.

“İki-üç aydan bir Türkiyəyə gəlib müayinə edilməlidir. Bundan başqa, ağciyər çatışmazlığı problemi aşkarlandı. Türkiyəyə gələn gündən onun da müalicəsi aparılır və ömrünün sonuna kimi müalicə edilməlidir. Artıq həkimlər siqareti də qadağan ediblər. Bundan sonra, müayinələrlə yanaşı, bir neçə əməliyyat edilməlidir. İlk əməliyyatı isə növbəti ilin yanvar ayında planlaşdırılır”.

Fəridə xanım bildirdi ki, xəstəxanada olduğu müddətdə Türkiyəli Millət vəkilləri, səhiyyə nazirinin müavinləri və digər tanınmış şəxslər baş çəkiblər.

“Bir daha Firudin müəllim və öz adımdan bizə yardım edən, dayaq duran hər kəsə minnətdarlığımızı bildiririk”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm