Qırmızı.az
Bakıda ölüm klinikasının sahibi istintaqdan gizlənir
Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının əməliyyat olunduğu “Medi Sina” klinikasının sahibi Müğdət Əhmədiyyə oğlu Həşimov hələ də istintaqdan gizlənir.
Bu barədə Publika.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov deyib ki, uzun müddətdir istintaq orqanının M.Həşimovu axtarmasına baxmayaraq, klinika rəhbəri çağırışlara cavab verməyib:
“Medi Sina” klinikasının sahibi Müğdət Həşimov istintaqdan qaçmaqla məsuliyyətdən yayınmağa çalışır. Klinikanın sahibləri, demək olar ki, qaçıb gizləniblər. Ancaq heç kim istintaqdan qaçmaqla məsuliyyətdən yayına bilməz".
Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Prokurorluğunda sözügedən cinayət işini araşdıran müstəntiq Vaqif Süleymanova müraciət etdik. Müstəntiq M.Həşimovun hələ də istintaqdan yayındığını təsdiqləyərək onun barəsində axtarış elan olunduğunu bildirib.
Qeyd edək ki, M.Həşimov əvvəlki araşdırmanın gedişində Nəsimi Rayon Prokurorluğunda dindirilib. Lakin işi yenidən araşdıran Bakı Şəhər Prokurorluğu hələ ki, onu dindirə bilməyib. V.Süleymanov istintaqın gedişində də konkret bir nəticənin olmadığını deyib.
Xatırladaq ki, “Medi Sina” Tibb Mərkəzi lisenziya müddəti başa çatmamış bağlanıb. Klinikaya aid olan avadanlıqlar da oradan çıxarılıb.
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO